Bütün elanlar
6 Noyabr, 2025

Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət etdik

“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində II Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin aztəminatlı ailələrinə dəstəyini davam etdirir.
Zəfər Günü münasibətilə həyata keçirilən növbəti sosial aksiya çərçivəsində Bank tərəfindən Masallı, Lənkəran və Lerik rayonlarında yaşayan 100 şəhid ailəsinə ərzaq məhsullarından ibarət sovqatlar təqdim olunacaq.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və rayon icra hakimiyyətlərinin dəstəyi ilə reallaşacaq. Yardım aksiyasının icrasında Nazirliyin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin regional filiallarının əməkdaşları, yerli icra nümayəndələri və Rabitəbank nümayəndələri iştirak edəcək.
Bu təşəbbüsün əsas məqsədi Zəfər Günü ərəfəsində şəhidlərimizin ailələrə diqqət və qayğını bir daha nümayiş etdirmək, həmçinin sosial həmrəyliyi möhkəmləndirməkdir.
Qeyd edək ki, Rabitəbank bu istiqamətdə davamlı fəaliyyət göstərir. Müxtəlif illərdə şəhid ailələrinə sosial dəstək layihələri, uşaq evlərinə yardımlar, ağacəkmə aksiyaları, ekoloji və təhsil yönümlü təşəbbüslər həyata keçirir. Bankın korporativ sosial məsuliyyət strategiyası insan, təbiət və gələcək nəsillər üçün daha dayanıqlı və mərhəmətli cəmiyyətin qurulmasına xidmət edir.