Bütün elanlar
16 Yanvar, 2026

Rabitəbankda yeni təyinat

Rüstəm İsmailov Rabitəbankın Baş Texnologiya İnzibatçısının müşaviri vəzifəsinə təyin edilib. 

İnformasiya texnologiyaları və bank sistemləri sahəsində uzunillik beynəlxalq təcrübəyə malik olan Rüstəm İsmailov peşəkar fəaliyyəti boyunca maliyyə texnologiyalarının inkişafı, bank sistemlərinin qurulması və rəqəmsal transformasiya istiqamətlərində mühüm layihələrə rəhbərlik edib. 

O, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən aparıcı maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq bank texnologiyalarının modernləşdirilməsinə əhəmiyyətli töhfələr verib. 2018–2023-cü illərdə Bankımızda Bank Proqramları Departamentinin direktoru kimi fəaliyyəti isə Rabitəbankın texnoloji inkişafında mühüm rol oynayıb. 

Yeni vəzifəsində Rüstəm İsmailova uğurlar arzulayır, peşəkar fəaliyyətində davamlı nailiyyətlər və yeni texnoloji uğurlar diləyirik.
İnanırıq ki, onun bilik və təcrübəsi Rabitəbankın rəqəmsal inkişaf strategiyasına dəyərli töhfələr verəcək.