Bütün elanlar
Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir
1 Aprel, 2024

Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir

Rabitəbank "Digital Card Skins" dizayn müsabiqəsi elan edir. Dizaynlar Rabitəbankın debet/kredit kartlarına tətbiq edilməsi üçün nəzərdə tutulur. Təqdim edilən dizaynlar yaradıcılığı, orijinallığı və müsabiqənin mövzusuna uyğunluğu əks etdirməli və “Reklam haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmamalıdır. İştirak etmək istəyən dizaynerlər əlaqə nömrələrini, öz dizayn işlərini və şəxsiyyət vəsiqələrinin ön və arxa üzlərini campaigns@rabitabank.com e-mail ünvanına təqdim etməklə müraciət edə bilərlər.


Qeyd edək ki, müsabiqədə 3 mükafat təqdim ediləcək: 

  •  Birinci yerin qalibi 2000 manat, 1 illik Visa İnfinite Premium debet kartı;
  •  İkinci yerin qalibi 1000 manat, 1 illik Kartmane MC Black Edition debet kartı;
  •  Üçüncü yerin qalibi 500 manat, 1 illik Kartmane debet kartı.

Qaliblər “Rabitəbank” ASC-nin rəsmi veb saytında və sosial media hesablarında elan olunacaq. Qaliblərə, həmçinin 15 gün ərzində email və ya SMS vasitəsilə məlumat göndəriləcək.
Müsabiqədə iştirak üçün müraciətlər aprelin 1-i başlayır, aprelin 30-da başa çatacaq.  Qeyd edək ki, müraciət üçün suallar yarandıqda və ya kömək üçün Fatima.Tacibova@rabitabank.com Mahammadali.Alxasli@rabitabank.com (əlaqə: 051-230-30-50) e-mail ünvanları ilə əlaqə saxlaya bilərsiniz.
Müsabiqə ilə bağlı daha ətraflı məlumat burada.

Rabitəbank logo və brend rənglərini yükləmək üçün klikləyin.