Rabitəbankda əməliyyat risklərinin idarə olunmasi şöbəsinə yeni rəis təyin olundu!
Elşən Nəsibov Əməliyyat risklərinin idarə olunması şöbəsinin rəisi təyin edilib.
23 iyun 2025-ci il tarixindən etibarən Elşən Nəsibov “Rabitəbank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə olunması şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Elşən Nəsibov “Maliyyə” ixtisası üzrə Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr təhsili almış, sonradan peşəkar biliklərini beynəlxalq səviyyədə davam etdirərək Almaniyanın nüfuzlu Frankfurt School of Finance & Management-də “Certified Expert in Risk Management” (CERM) və informasiya təhlükəsizliyi üzrə ISO 27001 beynəlxalq sertifikatlarına layiq görülmüşdür.
Peşəkar karyerasına 2015-ci ildə “Azərsun Holdinq”də maliyyə bölməsində mühasib kimi başlayan Elşən Nəsibov, daha sonra bir sıra bank və maliyyə institutlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, 2016-cı ildə “Paşa Pay” MMC-də kassir, 2016-2017-ci illərdə “Expressbank” ASC-də kassa müdiri, 2017-2019-cu illərdə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Xəzinə bölməsinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
2019-2022-ci illərdə “Rabitəbank” ASC-də “Mərkəz” və “Nəsimi” filiallarında aparıcı mütəxəssis, daha sonra Daxili Nəzarət Departamentində baş mütəxəssis kimi uğurla fəaliyyət göstərmişdir. 2022-2024-cü illərdə “Kapital Bank” ASC-də ERM üzrə aparıcı mütəxəssis, 2024-2025-ci illərdə isə “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi”ndə Risklərin İdarəedilməsi və Komplayens şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.
Elşən Nəsibovun əməliyyat risklərinin idarə olunması sahəsindəki zəngin təcrübəsi və beynəlxalq sertifikatlara əsaslanan bilikləri Rabitəbankda risk idarəçiliyinin gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Elşən bəyi yeni vəzifəsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!