Bütün elanlar
14 Avqust, 2025

Rabitəbankda Müştəri xidmətləri departamentinə yeni şöbə rəisi təyin olundu

11 avqust 2025-ci il tarixində Orxan Qədirli “Rabitəbank” ASC-nin Müştəri Xidmətləri Departamentinin Kredit şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Bu təyinat bankın müştəri yönümlü xidmətlərinin daha da təkmilləşdirilməsi və kredit proseslərinin effektiv idarə olunması istiqamətində atılmış mühüm addımdır.

Orxan Qədirli 2013-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Maliyyə ixtisası üzrə bakalavr dərəcəsini almışdır. Həmçinin, “Peşəkar bank işi” sahəsində beynəlxalq sertifikata sahibdir.

O, peşəkar fəaliyyətinə 2014-cü ildə “Rabitəbank” ASC-nin “Yasamal” filialında Müştərilərə Xidmət bölməsində 2-ci dərəcəli kredit inspektoru kimi başlayıb. Göstərdiyi səriştə və işə olan məsuliyyəti ilə qısa müddətdə filialın kredit eksperti vəzifəsinə yüksəlmişdir. 2021-ci ildən başlayaraq, “Xaçmaz” filialının Müştəri Xidmətləri bölməsində çalışaraq, müştəri məmnuniyyətinin artırılması və kredit portfelinin idarə olunmasında əhəmiyyətli nailiyyətlər qazanmışdır. 2023-cü ildən etibarən isə bankın Müştəri Xidmətləri Departamentinin Kredit şöbəsində kredit meneceri kimi fəaliyyət göstərir.

Orxan Qədirlinin yeni vəzifəsində ona uğurlar arzulayır, gələcək işlərində böyük nailiyyətlər diləyirik!