Rabitəbank sahibkar qadınları beynəlxalq təlimlərə dəvət edir
Rabitəbank qadın sahibkarlığının inkişafına və onların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir. Bu məqsədlə bank, Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Ticarət Mərkəzi (ITC) və Ticarət və Davamlılıq Fondu Təşəbbüsünün (TSCFP) birgə təqdim etdiyi mövzular üzrə ödənişsiz onlayn kurslar barədə qadın sahibkarları məlumatlandıraraq bu fürsətdən yararlanmağa təşviq edir.
Sözügedən təlimlər qadın sahibkarların ixraca hazır olub-olmadıqlarını müəyyən etməyə, düzgün bazar seçimi etməyə, ticarət qaydalarını öyrənməyə və effektiv danışıqlar aparmaq kimi əsas bacarıqları inkişaf etdirməyə imkan yaradır. Kurslar beynəlxalq ekspertlər tərəfindən hazırlanıb və rahat şəkildə onlayn formada təqdim olunur.
Təlim proqramına aşağıdakı mövzular daxildir:
• İxraca hazırsınızmı? – potensialın qiymətləndirilməsi
• Potensial bazarların seçimi
• Bazar araşdırması metodları
• Tariflər və digər ticarət qaydaları
• İnkişaf etmiş “İnkoterms” bilikləri
• Eksport sənədləri və prosedurlar
• Məhsullar üçün kommunikasiya planı hazırlanması
• Doğru müştəri auditoriyasına çıxış strategiyaları
• Danışıqların aparılması və ünsiyyət bacarıqları
• Beynəlxalq ticarətə dair praktik nümunələr və təhlillər
Bu proqram sahibkar qadınlara yalnız nəzəri bilik deyil, eyni zamanda praktiki yanaşmalar da təqdim edərək onları qlobal bazarda daha fəal iştirakçıya çevirir.
Təlimlərə qeydiyyat üçün keçid linki
Rabitəbank hər zaman qadınların biznes təşəbbüslərini dəstəkləyir və onları bu beynəlxalq səviyyəli təlim imkanlarından istifadə etməyə çağırır.
Bank, illərdir ki, qadın sahibkarlara xüsusi maliyyə məhsulları, məsləhət xidmətləri və maarifləndirici təşəbbüslər vasitəsilə dəstək göstərərək onların dayanıqlı və rəqabətədavamlı bizneslər qurmasına şərait yaradır. Bu yanaşma Rabitəbankın inklüziv inkişaf və cəmiyyətin bütün üzvlərinin iqtisadi tərəqqisində iştirakını təşviq etmə məqsədini əks etdirir.