UNEC-in təşkilatçılığı ilə Özbəkistan Akademiyasının tələbələri bankımızın qonağı olub.
Görüş çərçivəsində Bankın Xəzinədarlıq departamentinin Dillinq şöbəsinin rəhbəri Ülkər Əmirova tərəfindən tələbələr üçün maliyyə savadlılığı istiqamətində təlim keçirilib. Təlim zamanı tələbələrə sadə maliyyə bilikləri barədə məlumat verilib.
İnteraktiv şəkildə keçən görüş zamanı tələbələr maliyyə bazarlarının işləmə mexanizmləri və gündəlik maliyyə qərarlarının iqtisadi təsirləri barədə də ətraflı məlumat əldə edib, onları maraqlandıran sualları ünvanlandırmaq imkanı qazanıblar.
Daha sonra tələbələr Rabitəbankın müxtəlif departamentlərinin iş prinsipləri ilə yaxından tanış olub.
Rabitəbank olaraq gənclərin maliyyə savadlılığının artırılmasına və beynəlxalq təcrübə mübadiləsinə dəstək verməyə davam edirik.