Zəfəri bizə yaşadanları birlikdə yaşadaq!
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 44 günlük Vətən müharibəsi zamanı xalqımızın göstərdiyi qəhrəmanlıq, birliyi və vətənpərvərliyi bu gün də davam edir. Qazilərimizin və şəhid ailələrinin rifahına yönəlmiş “YAŞAT” Fondu, məhz bu dəyərlərin yaşadılması və onlara sosial-maddi dəstəyin göstərilməsi məqsədilə fəaliyyət göstərir.
Rabitəbank olaraq, korporativ sosial məsuliyyət strategiyamızın əsas istiqamətlərindən biri cəmiyyətin həssas təbəqələrinin, xüsusilə də şəhid ailələri və qazilərimizin sosial rifahına töhfə verməkdir.
Bu missiya çərçivəsində bankımız həm maarifləndirici təşəbbüslər, həm də birbaşa dəstək layihələri vasitəsilə ölkəmizdə dayanıqlı inkişaf və həmrəylik mədəniyyətinin formalaşmasına xidmət edir.
Zəfər Günündə “YAŞAT” Fonduna ediləcək hər bir ianə, bu dəyərlərin yaşadılmasına, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə sevinc və ümid bəxş etməyə yönəlmiş bir addımdır.
Hər bir vətəndaş, şəhid ailələrinin və qazilərimizin rifahına töhfə vermək üçün bu təşəbbüsə qoşula bilər.
İanə etmək üçün “YAŞAT” Fondunun rəsmi saytına keçid et:
Zəfərimizi yaşadan qəhrəmanların ailələrinə dəstək olmaq ən böyük vətəndaşlıq borcumuzdur.