Bütün elanlar
2 Oktyabr, 2026

Zəfəri bizə yaşadanları birlikdə yaşadaq!

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik və qəhrəmanlıq tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Bu Zəfəri bizə yaşadan qəhrəmanlarımızın xatirəsini yaşatmaq, qazilərimizə və şəhid ailələrinə dəstək olmaq isə hər birimizin ortaq mənəvi məsuliyyətidir.

Bu dəyərlərin davam etdirilməsinə xidmət edən “YAŞAT” Fondu şəhid ailələrinin və qazilərimizin sosial müdafiəsinin gücləndirilməsi, onların ehtiyaclarının qarşılanması və rifahının yaxşılaşdırılması istiqamətində mühüm fəaliyyət həyata keçirir.

Rabitəbank olaraq korporativ sosial məsuliyyət fəaliyyətimizdə şəhid ailələrinə və qazilərimizə dəstəyi xüsusi istiqamətlərdən biri kimi müəyyən etmişik. Həyata keçirdiyimiz sosial təşəbbüslər vasitəsilə həmrəylik mədəniyyətinin gücləndirilməsinə və cəmiyyət üçün uzunmüddətli dəyər yaradılmasına töhfə verməyə çalışırıq.

Zəfər Günü ərəfəsində hər birimizi “YAŞAT” Fondunun fəaliyyətinə dəstək olmağa və qəhrəmanlarımızın ailələrinin yanında olmağa çağırırıq.

Edilən hər bir ianə şəhid ailələrinin və qazilərimizin rifahına töhfə verməklə yanaşı, Zəfərimizin əsasını təşkil edən birlik və həmrəylik ruhunun yaşadılmasına xidmət edir.

Siz də bu təşəbbüsə qoşularaq dəstəyinizi göstərə bilərsiniz.

İanə etmək üçün “YAŞAT” Fondunun rəsmi saytına keçid edin. https://yashat.gov.az/

Zəfəri bizə yaşadan qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların ailələrinin və qazilərimizin yanında olmaq hər birimizin ortaq dəyəridir.