Geri
Dr. Aydın Hüseynov

Dr. Aydın Hüseynov

İdarə Heyətinin sədri

Hüseynov Aydın Hüseyn oğlu 21 May 1979-cu ildə Ağsu rayonunda anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində tamamlamışdır.

1996 – 2000 - ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000 – 2002 - ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002 – 2005 - ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014 – 2019 - cu illərdə Bakı Dövlət Universitetinin Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsil almışdır. 2012 - ci ildə Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Xarici və yerli jurnallarda çap olunmuş 19 ədəd elmi məqaləsi vardır.

Frankfurt School of Finance & Management məktəbində Kiçik və Orta Müəssisələrin Maliyyələşməsi və Institut de Formation Bancaire Luxembourg institunda Kapital Bazarları və Maliyyə Alətləri üzrə təhsil almış və Beynəlxalq Sertifikasiyalardan keçmişdir.

2007 - 2008 - ci illərdə Yapı Kredi Bank-da Kreditlərin Təhlili Departamentində Mütəxəssis və 2008 - 2009 - cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009 – 2012 - ci illərdə TuranBank-da Birja Əməliyyatları Şöbəsində müdir, 2012 – 2014 - cü illərdə isə Risklərin İdarə Edilməsi Departamentində Direktor vəzifəsində çalışmışdır.

2014 – 2017 - ci illər ərzində Rabitəbank-da ilk öncə Risklərin İdarə Edilməsi və daha sonra isə Satışın İdarə Olunması üzrə İdarə Heyəti Sədrinin müavini kimi fəaliyyətini davam etdirmişdir. 2017 – 2019 - cu illər ərzində isə müxtəlif zamanlarda AFB Bank-da Maliyyə, Xəzinədarlıq, Əməliyyat, İnsan Resursları, Risklərin İdarə Olunması, Daxili Nəzarət, Kredit, Anderraytinq, Satış və Marketinq sahələrində İdarə Heyəti Sədrinin I müavini və İdarə Heyətinin Sədri vəzifəsinin icraçısı işləmişdir.

2020-ci ilin İyul ayından Oktyabr ayınadək Azərsun Holdinq-də Müşahidə Şurası Sədrinin Bank və Sığorta məsələləri üzrə Müşaviri vəzifəsində çalışmışdır. Eyni zamanda bu müddət ərzində Azərbaycan Sənaye Bankı-nda Müşahidə Şurasının Üzvü olaraq fəaliyyət göstərmişdir.

2019 – cu ildən etibarən Azərbaycan-dakı Amerika Ticarət Palatasının (AmCham) Bank, Maliyyə və Sığorta komitəsinin üzvü və 2018 – 2020 – ci illərdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Xəzinədarlıq və Fondların İdarə Olunması Ekspert qrupunun sədri olmuşdur.

2021-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyətinin Sədridir.

Email: Aydin.Huseynov@rabitabank.com

Tel: (012) 598-44-88 / 6102