Geri
Samir Rzayev

Samir Rzayev

Baş direktor, İdarə Heyətinin üzvü (Baş Maliyyə inzibatçısı)

Rzayev Samir Tofiq oğlu 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakultəsini bitirib.

Bank karyerasına 1995-ci il tarixindən “Renessans” Kommersiya Bankında mühasib-əməliyyatçı olaraq başlamış, 1997-1999-cu illərdə isə həmin bankda baş mühasibin müavini olaraq çalışmışdır.

1999-cu ilin iyun-sentyabr aylarında Bank of Baku Kommersiya Bankında “Müxbir əlaqələr” şöbəsinin rəisi olaraq fəaliyyət göstərmişdir.

2001-2003-cü illərdə “Most Bank Azərbaycan” Kommersiya Bankında “Kommersiya əməliyyatları” şöbəsinin Treyderi, sonradan isə filialın Baş mühasibi və “Maliyyə” departamentinin “Mühasibatlıq” şöbəsinin Baş mühasibin müavini vəzifələrində çalışmışdır.

2003-2009-ci illərdə Bank Standard “Maliyyə departamentinin” Direktor müavini və “Biznes proseslər və institusional inkişaf departamentinin” Direktoru kimi çalışmışdır.

2009-2017-cı illərdə isə həmin bankın İdarə Heyəti Sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 

2017- ci ildən hal-hazıradək Rabitəbank ASC-nın Baş direktoru (Maliyyə və İnfrastruktur üzrə)  vəzifəsində çalışır.

Email: Samir.Rzayev@rabitabank.com

Tel: (012) 598-44-88 / 6101