Əliyev Rauf Zeynal oğlu 23 iyul 1992-ci il tarixində Şuşa şəhərində anadan olmuşdur.
2009–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsində bakalavr təhsili almış, 2014–2016-cı illərdə isə həmin universitetin Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsilini başa vurmuşdur.
2020-ci ildən elmi fəaliyyətə başlamışdır. 2020–2023-cü illərdə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsində əvvəlcə elmi işçi, daha sonra isə böyük elmi işçi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11 iyun 2026-cı il tarixli qərarı ilə Əliyev Rauf Zeynal oğluna Beynəlxalq hüquq və insan hüquqları ixtisası üzrə Hüquq elmləri elm sahəsində fəlsəfə doktoru (PhD) elmi dərəcəsi verilmişdir.
Müxtəlif sahibkarlıq fəaliyyətləri ilə məşğuldur.
2014-cü ildən etibarən “Z-Commerz” MMC-nin, 2016-cı ildən isə “Brillaince İAŞƏ” MMC-nin təsisçisi kimi fəaliyyət göstərir.
2017-ci ildən etibarən “Mega Sığorta” ASC-nin səhmdarı və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvüdür.
Email: infomushahideshurasi@rabitabank.com
Tel: 012 5984488