Geri
Zakir Nuriyev

Zakir Nuriyev

Müşahidə Şurasının sədri

Nuriyev Zakir Əlibala oğlu 02 oktyabr 1960-cı ildə Kürdəmir rayonunda anadan olmuşdur.

1981-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” fakultəsini bitirmişdir.

Əmək fəaliyyətini 1981-ci ildən Azərbaycan Respublikası Rabitə Nazirliyində, “Nəzarət-Təftiş” İdarəsində Aparıcı mühasib kimi başlamışdır. 1983-1989-cu illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Nəzarət-Təftiş” İdarəsində Mühasib-revizor, Baş təftişçi və Baş mühasibin müavini kimi fəaliyyət göstərmişdir.

1989-cu ildən AR Rabitə Nazirliyinin “Rayon Rabitəsi” İstehsalat Birliyinə “Nəzarət və Mühasibat Uçotu” şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

1993-cü ildə “Rabitəbank” ASC-nın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir və 1998-ci ilədək həmin vəzifədə çalışmışdır. 1998-ci ildən hal-hazıradək Bankın Müşahidə Şurasının Sədridir.

1996-cı ildə “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidenti vəzifəsinə seçilmiş və 2006-cı ilə qədər həmin vəzifədə çalışmışdır. 2006-cı ildən 2015-ci ilədək “Azərbaycan Banklar Assosiasiyası”nın Rəyasət Heyətinin üzvü olmuşdur. 2015-ci ildən yenidən “Azərbaycan Banklar Assosiasiyası”nın Prezidenti vəzifəsinə seçilmişdir.

Email: infomushahideshurasi@rabitabank.com
Tel: 012 5984488