Kartın əldə edilməsi necədir?
  • Bakı və Sumqayıt şəhər filialları üzrə minimal 500 AZN/USD/EUR, rayon filiallarında 200 AZN/USD/EUR ilkin mədaxil etdikdə kart pulsuzdur. Növbəti illər üzrə xidmət haqqı tutulan aydan öncəki 1 təqvim ayının hər günün sonu Kartmane hesabında qalıq minimal 500 AZN/USD/EUR və ya illik dövriyyə 3000 AZN/USD/EUR (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail və e-com dövriyyə nəzərə alınır) və artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur.
  • Online sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), Bakı və Sumqayıt şəhər filialları üzrə ilkin olaraq müştəri hesaba ən azı 500 AZN/USD/EUR, region filialları üzrə 200 AZN/USD/EUR mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur.
Debet kartı necə sifariş etmək olar?
  • Ən yaxın filialımıza yaxınlaşaraq.
  • Çağrı mərkəzimiz ilə əlaqə saxlayaraq.
  • Rəsmi veb-saytımız üzərindən onlayn formada.
  • RabitaBot vasitəsilə sürətli şəkildə.
3D security xidmətinə necə qoşula bilərəm?

Rabitəbanka məxsus bütün kartlarda kart açılan zaman 3D xidməti avtomatik aktivləşir.

Kart xidmətləri üçün ödəniş nə qədərdir?
  • Xarici valyutalarda edilən ödəmələrə görə konvertasiya komissiyası: 0.5%
  • SMS Xəbərdarlıq Xidməti: 5 AZN (aylıq)
  • PIN Change və PIN Erase Xidmətləri: Pulsuz
  • Kartmane Debit sahibləri saxlanc seyflərindən 1 ay pulsuz istifadə edə bilər.
Hesablanan faiz dərəcələri hansılardır?
  • Kartmane debitdə vəsait qalığına hesablanan faiz dərəcəsi (illik): AZN 4% | USD 0.25% | EUR 0%
  • Hər kart üzrə faiz hesablanacaq minimal məbləğ: 100 AZN/USD
  • Hər kart üzrə faiz hesablanacaq maksimal məbləğ: 10 000 AZN/USD
  • Kapitallaşma: Gündəlik faizlərin hesablanması ilə aylıq kapitallaşma (Hər növbəti ayın ilk iş günü əlavə edilir).

Qeyd: Kartı onlayn sifariş etdiyiniz zaman, kartdakı qalığa hesablanan gəlir məbləği kartı təhvil aldığınız tarixdən etibarən hesablanmağa başlayır.

Keşbek nə qədərdir?

Kartmane Debet kartı ilə standart alış-verişlərdə 10%-dək keşbek, seçilmiş partnyor mağazalarda isə 40%-dək keşbek əldə edə bilərsiniz.

Debet kartın digər kartlardan fərqi nədir?

Debet kart sizin şəxsi hesabınıza birbaşa bağlıdır və xərclədiyiniz məbləğ yalnız hesabınızdakı balans qədər olur. Kredit kartından fərqli olaraq borc yaratmır, yalnız hesabınızdakı vəsaiti istifadə etməyə imkan verir.

Dövriyyə üzrə istisnaların MCC kodları hansılardır?

Kartdan karta: 4829,6536,6537,6538,6532
Dövlət: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405
Nəqliyyat: 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468,4789,4011,4111,4112,4784
Kommunal xidmətlər: 4900
Kabel/peyk: 4899, 4814, 4816
Quasi Cash: 6540, 6012, 6050, 6051
Mərc: 7995,7801
ATM/POS Cash: 6010, 6011
Asan: 1100

Dövriyyə üzrə MCC kodları nələrdir?
  • Kafe/restoranlar: 5811, 5812, 5813, 5814, 1339, 1340, 1341, 1347, 1349, 1399, 2002, 2340
  • YDM: 5542, 5172, 5983, 5541, 9752
  • Market/supermarket: 5411, 5422, 5441, 5451, 5462, 5499, 5921
  • Sığorta: 6211, 6300
  • Notarius: 8111
  • Kino: 7832
  • Kitablar: 5942
  • Bərbər, Gözəllik salonları, Spa: 7230, 7297, 7298
  • Aviabilet, Otel, Avtomobil icarəsi - PDF
USD,EUR kartlar üzrə hesablanma qaydaları
  • Valyutası USD və EUR olan Kartmane Debit sahibləri Kartmane ilə etdikləri hər əməliyyatda 0,5% keşbek qazanacaq. Kartmane  (USD və EUR kartları) üçün maksimal aylıq keşbek məbləği YOXDUR.
  • Xarici valyutada - USD və EUR - olan Kartmane Debit kartlarına bankın partnyor şəbəkəsində keşbek hesablanmır.
  • **Qeyd - ATM Cash, POS Cash və Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mərc oyunları, kommunal və dövlət ödənişləri və Quasi cash ödənişləri istisna olmaqla, bütün digər ödənişlər üzrə kartın valyutasına uyğun olaraq keşbek mədaxil ediləcəkdir. Rabitəbank Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.
Keşbek paketləri haqqında vacib qeydlər
  • Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə "Yaşıl Keşbek" və  "Miles" paketləri arasında istənilən istiqamətdə istənilən sayda opsiyanı dəyişə bilərsiniz . Ay ərzində edilən tarif paketi dəyişiklikləri növbəti aydan qüvvəyə minir. Qeyd edilən paketlər arasında ilk dəfə dəyişiklik edilən zaman tarif paketi dəyişiklikləri dərhal qüvvəyə minir. Kartlar müştərilərə ilkin olaraq “Bütün ödənişlər” tarif paketi ilə təqdim edilir.
  • Kartı istifadə etdiyiniz müddətdə 1-ci dəfə pulsuz dəyişib seçim etmə imkanı.
  • Hər növbəti dəfəyə görə 4,99 manat komissiya tədbiq edilir. (Ay ərzində tarif paketinin dəyişmə sayından asılı olmayaraq xidmət haqqı bir dəfə tutulur. Cari ayın əvvəlinə mövcud olan tarif paketi ilə növbəti aya keçid zamanı olan tarif paketi eyni qaldığı halda ay ərzində tarif dəyişikliyinə görə tutulan komissiya haqqı müştəriyə qaytarılır, 1-ci dəfə pulsuz dəyişmə imkanı limitindən istifadə edildikdə bərpa edilir. Hesabda kifayət qədər vəsait olmadıqda opsiyanın dəyişdirilməsi mümkün olmur).
  • Növbəti ay üzrə keşbek dövrü müştərinin təqvim ayına son aktiv olan opsiya ("Yaşıl Keşbek " və ya  "Miles") ilə davam edir.
  • Ay (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) ərzində dəyişmə yalnız növbəti dövrə aid olur.
  • Keşbek bonusları ayın son iş günü hesablanaraq, istənilən halda növbəti ayın 5-ci iş günündən gec olmamaq şərtilə müştəri hesabına otuzdurulacaq
  • Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə müştəri " Yaşıl Keşbek " paketdən “Miles” paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür.
  • Ay ərzində “Miles” paketindən "Yaşıl Keşbek" paketinə keçid aldıqda, qazanılan ballar (millər) “aviabilet”, “otel” və “rent a car” ödənişi edilərək dəyişilməlidir. Qazanılan ballar dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan “Yaşıl Keşbek” paketinə transfer edilir. “Miles” paketindən "Yaşıl Keşbek" paketinə keçid alınan zaman qazanılmış millərin transferi zamanı, aylar üzrə ayrılıqda 5000 mil üzərində qazanılmış bonuslar (yalnız bankın təqdim etdiyi) ləğv edilir. "Yaşıl Keşbek" paketdən “Miles” paketinə və əksinə keçid olan zaman, keçid olunacaq Keşbek paketi qüvvəyə minənədək hesablanacaq və qalıq olaraq qalan ballar (millər) yuxarıda qeyd olunan hesablamaya əsasən yeni Keşbek paketinə tranfer edilir. “Keşbek” paketləri istifadəsi zamanı ay ərzində istifadə edilməmiş ballar (millər) yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar (millər) növbəti aylara keçirilir. Kartın müddəti bitdikdə, “Keşbek” paketləri üzrə hesablanmış ballar (millər) kart müddəti uzadılmadıqda ləğv edilir. Ödənişlər zamanı əldə edilən ballar (millər) ödənişin geri qaytarılması əməliyyatı həyata keçirilən zaman ləğv edilir.
  • Rabitəbank Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

Keşbek hesablanması üçün Plastik kartları arasında dəyişmək imkanı:

  • 01.05.2022-ci il tarixindən etibarən yalnız ilk sifariş edilən (işlək) karta keşbek hesablanır.
  • 01.05.2022-ci il tarixdən etibarən mövcud və yeni AZN valyutası ilə əldə edilmiş 2 və daha artıq sayda MC World/Visa Rewards (yaşıl-debit) plastik kartlarına keşbek hesabalanmayacaq.
  • 01.05.2022-ci il tarixindən etibarən 2 və daha artıq sayda MC World/Visa Rewards (yaşıl) debit plastik kartlarına keşbek hesabalanması müştəri seçiminə əsasən müəyyən etdiyi yalnız 1 (bir) karta hesablanacaq (Bu qayda mövcud olan və yeni AZN valyutası ilə əldə edilmiş kartlara aid edilir).
  • Ay ərzində (cari ayın 1-dən 31-dək olmaqla) Məlumat mərkəzi vasitəsi ilə müştərinin seçiminə əsasən bir kartdan digər kartlar arasında bir dəfə keşbek hesabalanmasını dəyişə bilər.

Ay ərzində edilən dəyişikliklər növbəti aydan qüvvəyə minir:

  • Kartı istifadə etdiyi müddətdə 1-ci dəfə pulsuz dəyişib seçim etmə imkanı.
  • Hər növbəti dəfəyə görə 5 manat komissiya tədbiq edilir. (Hesabda kifayət qədər vəsait olmadıqda kartın dəyişdirilməsi mümkün olmur).
  • Ay ərzində dəyişmə yalnız növbəti dövrə (ayın 1-dən) aid olur.

Keşbek bonuslarından istifadə müddəti:

Bonuslar müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyatlara görə silinmə növbəti ayın ilk 3 iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk 3 iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir. İlin son gününə (31 dekabr günün sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.

Kartmane xidmət haqqı tarifləri:

✔ Kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada tutulur. Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər. Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklaşdırılır (Yalnız xidmət haqqı ödəyərək kart blokdan azad edilir).  6 ay ərzində xidmət haqqı ödənilməyən kartlar bağlanaraq ləğv edilir.

✔ Əmanət faizlərinin köçürülməsi məqsədilə açılan Kartmane kartı üçün, faizlər köçürülən dövründə komissiya tutulmur. Kart hesabı üzrə bu şərtlərdə əksini tapmayan məqamlar cari tarixə mövcud olan "Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə tarif cədvəli"nə əsasən tənzimlənəcək.

✔ Müştəri bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər.