Bütün bloqlar
"Google Pay" nədir, necə işləyir və ondan necə istifadə etmək olar?

"Google Pay" nədir, necə işləyir və ondan necə istifadə etmək olar?

Hazırda inkişaf etmiş ölkələrdə ticarət əməliyyatlarının yarıdan çoxu elektron üsulla həyata keçirilir. İnformasiya texnologiyalarının və elektron ticarət əməliyyatlarının genişləndirilməsi, nağd ödənişlərin getdikcə sıradan çıxmasına səbəb olmaqdadır.
 
Ölkəmizdə son zamanlar elektron ticarətin geniş yayılması, elektron ödəmələrin həyatımızda tədricən daha çox yer tutmasına imkan yaratdı. Bu texnologiyalardan biri elektron pul kisəsidir (EPK). Elektron pul kisəsi, fiziki mövcud olan nağd vəsaitlərin smartfonlarda, tabletlərdə və NFC sistemli cihazlarda var olan elektron formasıdır. EPK vasitəsi ilə bütün ödənişlərinizi cəmi bir toxunuş ilə icra etməyiniz mümkündür.
 
Hal-hazırda Avropa ölkələrində ən aktual istifadə olunan 3 elektron pul kisəsi xidməti mövcuddur: Google Pay, Apple Pay və Paypal. Xüsusi ilə qeyd olunmalıdır ki, Avropa ölkələrində elektron pul kisəsi bazarı yüksəlişdədir və 2025-ci ildə 708 milyard dollara çatacağı proqnozlaşdırılır.
 
Google Pay nədir?
GPAY, Google Pay™ şirkəti tərəfindən təqdim olunan elektron ödəniş və elektron pul kisəsi xidmətidir və hal-hazırda Rabitəbank müştəriləri üçün aktivdir.  
 
Google Pay android istifadəçilərinə sürətli və təmassız ödənişlərdən faydalanmaq üçün zəruri olan bütün şəraitləri yaradır. Müştərilərin gündəlik həyatlarına rahat həll ilə toxunuş edən bu ödəniş sistemi, getdikcə daha da geniş istifadəçi kütləsinə sahib olmağa başlayır. Elektron pul kisəsi sənayesinin 2026-cı ilə qədər 80 milyard dolları keçəcəyi gözlənilir və bu rəqəmlərə Google Pay əməliyyatları da daxildir. Bundan əlavə, əgər elektron pul kisələri həm gənc, həm də yaşlı nəsillər arasında populyarlığını artırmağa davam edərsə, bu rəqəm təxmin ediləndən xeyli yüksək ola bilər.
 
Google Pay hansı maraqlı xüsusiyyətlərə malikdir və üstünlükləri nələrdir? 
  • Hal-hazırda Google Pay aparıcı elektron ödəniş üsullarından biridir;
  • Dünyada Google Pay ödənişlərini qəbul edən bir milyondan çox veb-sayt var və bu tendensiyanın gələcək illərdə də davam edəcəyi gözlənilir;
  • Google Pay-ə əlavə edilmiş kartlara aid məlumatlar 3-cü şəxslərlə paylaşılmır və ödənişlərin təhlükəsizliyi tam təmin olunur;
  • Bank kartlarının Google Pay-ə əlavə olunması zamanı heç bir xidmət haqqı tutulmur;
  • Google Pay ilk dəfə 2011-ci ildə istifadəyə verildi və bu müddət ərzində ABŞ, Rusiya və bir çox Avropa ölkələrində kifayət qədər sadiq müştəri kütləsinə sahib oldu.
Google Pay ilə necə ödəniş etmək olar?
Android və Wear OS cihazınızla Google Pay-ın mövcud olduğu hər yerdə təmassız ödənişlər edə bilərsiniz. Sadəcə cihazı terminala yaxınlaşdırın və ödənişin təsdiqini gözləyin. Xüsusi ilə qeyd olunmalıdır ki, təmassız ödəniş etmək üçün android cihazlarında NFC funksiyasının aktiv olması vacibdir.
 
Rabitəbank Google Pay-ı dəstəkləyirmi?
Rabitəbank Google Pay xidmətini dəstəkləyir və Rabitəbank müştəriləri Google Pay xidmətindən rahatlıqla istifadə edə bilər.
 
Unutmayın ki, elektron pul kisələri sizin həyatınızın etibarlı və sadiq köməkçisinə çevrilə bilər!
 
Google Pay ailəsinə qoşulmaq üçün: https://rbt.az/GPay