F.A.Q - Əmanətlər

Əmanətləri vaxtından tez götürmə şərtləri nələrdir?

Növbəti linkə keçid edərək məlumatı əldə edə bilərsiz: 

"Universal" əmanət üzrə

"Uşaq Yığım" əmanəti üzrə

Sizin bankda yığım əmanəti var ?

Bəli. Hal-hazırda "Uşaq yığım" əmanəti məhsulu mövcuddur. Əlavə olaraq Kartmane Yığım məhsuludur.

“Universal” əmanət üzrə məbləğ artımı icra etmək mümkündür?

“Universal” əmanətin şərtlərinə əsasən yerləşdirdiyiniz vəsaitin üzərinə məbləğ əlavə etmək mümkün deyil.

Bankda mövcud olan əmanətlərin siğortalanması şərtləri nələrdir?

Mövcud qanunvericiliklə tənzimlənir. Ətraflı məlumat üçün növbəti link-a keçid edə bilərsiz: https://www.adif.az

Yerləşdirilən əmanətin faizini götürmək üçün hədiyyə olunan kartdan debet kart olaraq istifadə etmək mümkündür?

Kartmane kartdan debet kart kimi istifadə etmək mümkündür.

Əmanətə hesablanmış faizlərin əldə edilməsi üçün kartmane kartı hədiyyə olunur?

Əmanətə hesablanmış faizlərin aylıq və rüblük əldə edilməsi üçün bütün müştərilərə kartmane kartı hədiyyə olaraq təqdim edilir.

Uşaq əmanəti yerləşdirmək üçün hansı sənədlər tələb olunur?

Rabitəbankda “Uşaq yığım” əmanəti yerləşdirilməsi üçün əmanət adına açılan uşağın doğum haqqında şəhadətnaməsi (Şəxsiyyət vəsiqəsi) və əmanəti yerləşdirən valideyinin şəxsiyyət vəsiqəsi tələb edilir. Daha ətraflı: https://www.rabitabank.com/usaqemaneti