Əməliyyatı seçin
Yeni dərs ili ərəfəsində ailələrin artan məktəb xərclərini daha çevik idarə etməsinə dəstək olmaq məqsədilə Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsi “Nəhəng qayıdış” kampaniyasına start verib. Kampaniya məktəb üçün zəruri alış-verişləri bir dəfəyə qarşılamaq, ödəniş yükünü isə növbəti aylara bölmək imkanı yaratmaqla valideynlərə əlavə maliyyə rahatlığı təqdim edir.
Rabitəbank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun mexanizmi çərçivəsində MİDA layihələri üzrə güzəştli ipoteka krediti təqdim edir. Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar banka yaxınlaşmadan Rabitəbankın onlayn müraciət platforması vasitəsilə ilkin kredit razılığı üçün müraciət edə bilərlər. Sənədlər tam təqdim edildiyi halda kredit cəmi 1 iş günü ərzində rəsmiləşdirilir.
Müştərilərinin maliyyə ehtiyaclarına rahat həllər təqdim edən Rabitəbank lombard krediti üzrə sərfəli kampaniyasını davam etdirir.
Rabitəbank müştərilərinə daha əlçatan və sərfəli maliyyə həlləri təqdim etmək məqsədilə ilk dəfə bankdan nağd pul krediti rəsmiləşdirən şəxslər üçün yeni kampaniyaya başlayıb.
Rabitəbank fəaliyyətinin 33 illiyini müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank yubiley münasibətilə təqdim etdiyi "30+3" Lombard kampaniyası çərçivəsində Lombard krediti üzrə komissiya haqqına 30%-dək, kredit faizinə isə 3%-dək endirim imkanı yaradır.
Yeni tədris ili ərəfəsində Rabitəbank təhsil sahəsində çalışan şəxslər üçün Nağd Pul krediti üzrə xüsusi kampaniyaya start verib.