Əməliyyatı seçin
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi çərçivəsində “Rabitəbank” ASC tərəfindən şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil olunub.
Milli Mətbuat Günü münasibətilə Rabitəbank media nümayəndələri üçün xüsusi görüş təşkil edib. Tədbirin məqsədi media nümayəndələri ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, Bankın strateji inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi və gələcək hədəfləri barədə məlumat vermək olub.
Rabitəbank olaraq Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Bankçılıq Mükafatları – 2025” tədbiri çərçivəsində 4 nominasiyada mükafata layiq görüldük.
Rabitəbank olaraq korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarına dəstəyimizi davam etdiririk. Müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində 100 şəhid ailəsini ziyarət etdik.
Rabitəbank ölkədə maliyyə savadlılığının inkişafına yönəlmiş fəaliyyətini davam etdirərək, 16–22 mart tarixlərində keçirilən “Qlobal Pul Həftəsi 2026” (Global Money Week) çərçivəsində növbəti maarifləndirici layihəsini reallaşdırıb.
Rabitəbank müştərilərinə daha əlçatan olmaq və paytaxt üzrə bank xidmətlərinə olan tələbatı daha operativ şəkildə qarşılamaq məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. Bank bu istiqamətdə növbəti addımını ataraq Bakı şəhəri, Nizami rayonu Babək prospekti 38A ünvanında yeni filialını istifadəyə verib.