Xəbərlər

25 Avqust, 2026 Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “NƏHƏNG QAYIDIŞ”

Yeni dərs ili ərəfəsində ailələrin artan məktəb xərclərini daha çevik idarə etməsinə dəstək olmaq məqsədilə Rabitəbank və “Ofisait” mağazalar şəbəkəsi “Nəhəng qayıdış” kampaniyasına start verib. Kampaniya məktəb üçün zəruri alış-verişləri bir dəfəyə qarşılamaq, ödəniş yükünü isə növbəti aylara bölmək imkanı yaratmaqla valideynlərə əlavə maliyyə rahatlığı təqdim edir.

5 Avqust, 2026 Rabitəbankdan “MİDA” xətti ilə güzəştli ipoteka imkanı

Rabitəbank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun mexanizmi çərçivəsində MİDA layihələri üzrə güzəştli ipoteka krediti təqdim edir. Güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşlar banka yaxınlaşmadan Rabitəbankın onlayn müraciət platforması vasitəsilə ilkin kredit razılığı üçün müraciət edə bilərlər. Sənədlər tam təqdim edildiyi halda kredit cəmi 1 iş günü ərzində rəsmiləşdirilir. 

4 Avqust, 2026 Rabitəbankdan lombard krediti üzrə faiz dərəcəsində 4%-dək endirim!

Müştərilərinin maliyyə ehtiyaclarına rahat həllər təqdim edən Rabitəbank lombard krediti üzrə sərfəli kampaniyasını davam etdirir.

31 İyul, 2026 İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!

Rabitəbank müştərilərinə daha əlçatan və sərfəli maliyyə həlləri təqdim etmək məqsədilə ilk dəfə bankdan nağd pul krediti rəsmiləşdirən şəxslər üçün yeni kampaniyaya başlayıb.

30 İyun, 2026 Rabitəbankdan 33 illiyinə özəl "30+3" Lombard kampaniyası

Rabitəbank fəaliyyətinin 33 illiyini müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank yubiley münasibətilə təqdim etdiyi "30+3" Lombard kampaniyası çərçivəsində Lombard krediti üzrə komissiya haqqına 30%-dək, kredit faizinə isə 3%-dək endirim imkanı yaradır.

30 İyun, 2026 Rabitəbank təhsil işçiləri üçün xüsusi nağd pul krediti kampaniyasına start verib

Yeni tədris ili ərəfəsində Rabitəbank təhsil sahəsində çalışan şəxslər üçün Nağd Pul krediti üzrə xüsusi kampaniyaya start verib.