Geri

Anbar maliyyələşdirilməsi

Mal və ya xammalın girovu əsasında anbar qalığının maliyyələşməsi mexanizmi

Anbar maliyyələşdirilməsi

Meyarlar

Şərtlər

Hədəf auditoriyası

Rəsmi müqavilə üzrə ölkə ərazisinə xaricdən mal və xammal gətirən, ölkə ərazisində təchizatçıdan mal və ya xammal alan, rəsmi müqavilə üzrə mal və xammal satan və anbar qalığı olan hüquqi və sahibkar fiziki şəxslər

Təyinat

Xaricdən gətirilən mal və ya xammalın, ölkə ərazisindəki təchizatçıdan mal və ya xammal alan, eləcə də mövcud olan mal və ya xammalın girovu əsasında anbar qalığının maliyyələşməsi

Bazar təcrübəsi

Rəsmi qeydiyyat üzrə minimum 12 ay olmaqla ardıcıl və fasiləsiz fəaliyyət

Maliyyələşdirmə limiti

Minimum 50 000 AZN, maksimum 1 000 000 AZN ekvivalentinədək

Valyuta

AZN və USD

Müddət

1-12 ay

Güzəşt müddəti

Maksimum 0-6 ay

Ödəniş forması

Faiz ödənişləri aylıq olaraq hesablanır. Əsas məbləğ isə müddət sonuna kimi anbardan azad olunan məhsulun dəyəri qədər ödənilir.

İllik faiz dərəcəsi

  • 50 001 - 250 000 AZN -dək – 15-16%
  • 250 001 - 1 000 000 AZN-dək – 14%
  • 29 500 – 147 000 USD -dək – 8-9%
  • 147 001 - 590 000 USD-dək – 6-7%

FİFD: min.14-maks.17.9%

Komissiya

1 % (birdəfəlik)

Təminat

  • Anbar qalığı, mal/xammal qalığı
  • Direktor və təsisçinin zaminliyi

Mütləq tələb olunan sənədlər

  • Hüquqi sənədlər
  • Bütün bank hesabları üzrə dövriyyə hesabatı
  • Maliyyələşdiriləcək müqavilələr
  • Alıcı şirkət tərəfindən təsdiq olunmuş İnvoys(lar)
  • Elektron hesab faktura(lar)
  • Alıcı və satıcı arasında mal və xidmətlərin tarixçəsinin təyin olunması üçün icra olunmuş son müqavilə(lər)
  • ƏDV ödəyicisi olduqda vergi orqanına təqdim edilmiş son hesabat ilinin mənfəət vergi bəyannamə (əlavə №1 ilə birlikdə) hesabatı
  • Sadələşdirilmiş vergi ödəyicisi olduqda vergi orqanına təqdim edilmiş son hesabat ilinin sadələşdirilmiş verginin bəyannamə (əlavə №1 ilə birlikdə) hesabatı
  • Bank daxili kreditlərin verilməsi qaydaları üzrə tələb olunan digər sənədlər
Mal və xammala tələb
  • Çürüməyən
  • Aşınmayan
  • Son istifadə tarixi olmayan və ya uzun olan
  • Sürətli dəyər itirmə riski yüksək olmayan
Məhsulun çatrıdılması

Xaricdən gələn mal/xammalın çatdırlması

  • Avtomobil nəqliyyatı
  • Hava nəqliyyatı
  • Dəniz nəqliyyatı
  • Dəmiryolu nəqliyyatı

Malın sifarişi və çatdırılması

  • 180 gün ərzində (məhsula və istehsal ölkəsinə uyğun olaraq tənzimlənir)
  • Məhsul logistika firmasına təhvil verildikdə Bakıya bankın icarəyə götürdüyü tərəfdaş şirkətin anbarına çatdırılana qədər daşıyıcının zəmanəti altında olur və məhsullar sığortalı olmalıdır.

Digər kreditlər

Mikro kredit
  • Müddət3-36 ay
  • Faiz dərəcəsi15%
Mikro kredit
Sifarişlərin maliyyələşdirilməsi
  • Müddət6 ay
  • Faiz dərəcəsi14%
Sifarişlərin maliyyələşdirilməsi