POS-terminal artıq cibinizdə!

Mobil POS xidməti ilə istənilən vergi ödəyicisi nağdsız ödənişləri istənilən yerdə və zamanda öz mobil telefonlarından qəbul edə bilir. Bu xidmət ilə əlavə cihaza ehtiyac qalmır! Həmçinin, Mobil POS xidməti ilə cihazın şəbəkə və enerji bitməsi təhlükəsi aradan qalxır.

Daha ətraflı
POS-terminal artıq cibinizdə!

Xidmətin əsas üstünlükləri

  • Nağdsız ödənişlərin istənilən yerdə və zamanda mobil telefon vasitəsi ilə qəbul edilməsi;
  • Elektron pul kisəsi ilə icra olunan ödənişlərin sürətli şəkildə qəbul edilməsi;
  • Cihazın şəbəkə və enerji israfı ilə bağlı olan problemlərinin aradan qaldırılması;
  • Əlavə cihaza ehtiyacın qalmaması;
  • Bu xidmət ilə icra olunan əməliyyatların Visa-nın təhlükəsizlik tələblərinə cavab verərək, etibarlı şəkildə qorunması.

 

Tətbiqi yüklə
Xidmətin əsas üstünlükləri

F.A.Q.

Mobil POS nədir?

POS-terminal (Point of Sale – satış nöqtəsi) – bank kartları ilə olan ödənişləri qəbul edən cihazdır. Mobil POS isə daşına bilən terminaldır. 

Xidmətə necə qoşulmaq olar?

Xidmətdən istifadə etmək üçün NFC dəstəkləyən Android əməliyyat sistemli mobil cihaz olmalıdır.

Xİdmətə qoşulmaq üçün komissiya haqqı tələb olunurmu?

Xeyr, xidmətə qoşulmaq üçün heç bir komissiya haqqı tələb olunmur.

Qəbzi çap etmək mümkündür?

Bəli, qəbz alıcının elektron poçt ünvanına və ya SMS vasitəsilə göndərilə bilər. Qəbz QR kod kimi də paylaşıla bilər.

Əməliyyatın icrası zamanı kartın PİN kodu tələb olunur?

100 AZN və üzəri əməliyyatlarda kartın PİN kodu tələb olunur (istisna olaraq Token əməliyyatlar zamanı tələb olunmaya bilər).

Mobil POS ilə əməliyyat üzrə limit tətbiq olunur?

Bəli. Gündəlik limit- 10000 AZN.