Əməliyyatı seçin
Enerji Effektivliyi Fondu tərəfindən enerji səmərəliliyi layihələri üzrə maliyyə imkanları təqdim olunur. Rabitəbank isə fondun tərəfdaşı olaraq güzəştli kredit həlləri ilə layihələrin maliyyələşdirilməsini həyata keçirir.
Meyarlar |
Şərtlər |
|
Hədəf auditoriyası |
● Fərdi yaşayış evlərinin mülkiyyətçiləri ● Fiziki və hüquqi şəxslər ● Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri ● Kommersiya və xidmət obyektləri ● Sənaye və kənd təsərrüfatı subyektləri ● Enerji təchizatçıları |
| Tələb olunan sənədlər | Şəxsiyyət vəsiqəsi, VÖEN, layihənin texniki və maliyyə əsaslandırılması, enerji auditi və ya müvafiq sahədə ixtisaslaşmış müstəqil ekspert rəyi, layihə keçirilən obyekt üzrə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər, hüquqi şəxs olduqda nizamnamə və dövlət reyestrindən çıxarış. |
| Maliyyələşdirilən texnologiya və tədbirlər | ● İstilik sistemlərinin modernləşdirilməsi ● Binaların istilik izolyasiyası ● Effektiv HVAC sistemlərinin tətbiqi ● Yüksək effektivli işıqlandırma sistemləri ● Enerji effektiv avadanlıq və cihazlar ● Qazan, soba və qurutma maşınlarının yenilənməsi ● Tullantı istiliyinin təkrar istifadəsi ● İstilik paylama sistemlərinin təkmilləşdirilməsi ● İstilik nasoslarının tətbiqi ● Yeni istilik mübadilə qurğularının quraşdırılması ● VSD və güc əmsalı korreksiyası sistemləri ● Yüksək effektivli mühərrik, kompressor və nasoslar ● Ağıllı sayğac və enerji idarəetmə sistemləri ● Ağıllı bina idarəetmə sistemləri ● ISO 50001 standartına uyğun enerji menecment sistemi ● Kogenerasiya və trigenerasiya sistemləri ● Günəş kollektorları ● Bərpa olunan enerji mənbələri ● Off-grid bərpa olunan enerji sistemləri |
|
Faiz |
5%-dək |
|
Məbləğ |
1 000 - 10 000 000 AZN |
|
Valyuta |
AZN |
| Layihə tələbləri | ● Layihənin texniki və maliyyə əsaslandırılması təqdim olunmalıdır; ● Enerji auditi keçirilməli və ya müstəqil ekspert rəyi təqdim edilməlidir; ● Layihə nəticəsində minimum 20% enerji qənaəti təmin olunmalıdır; ● Binalar üzrə layihələr minimum enerji effektivliyi normalarına uyğun hazırlanmalıdır; ● İstehsalat layihələrində geri ödəmə müddəti maksimum 15 il nəzərə alınmalıdır; ● Yeni avadanlıq alınarkən mövcud gücün 100%-dən artıq artırılması nəzərdə tutulmamalıdır. |
|
Ödəniş forması |
Differensial |
|
Komissiya |
1-3% |
|
FIFD |
min.5.14%-maks.6.30% |