Əməliyyatı seçin
Hal-hazırda əksər banklar müştərilərinə kredit kartları təklif edir. Hər birinin isə özünə məxsus şərtləri, tələbləri var.
FINDOC skoru şəxsin kredit tarixçəsi və maliyyə davranışları əsasında formalaşan qiymətləndirmə göstəricisidir. Sadə desək, bu skor borcalanın maliyyə intizamı, ödəniş davranışı və kredit öhdəliklərinə münasibəti barədə ümumi risk göstəricisi rolunu oynayır.
BGN (Borclanma Gəlir Nisbəti) - şəxsin aylıq gəlirinin nə qədər hissəsinin mövcud və ya yeni kredit öhdəliklərinin ödənilməsinə yönəldiyini göstərən göstəricidir. Beynəlxalq praktikada bu yanaşma daha çox DTI (Debt-to-Income Ratio) və ya DSTI (Debt Service-to-Income Ratio) kimi tanınır.
Maliyyə qərarları verərkən borclanma bəzən zərurət, bəzən isə inkişaf üçün imkan yaradır. Mənzil almaq, biznes qurmaq, təhsil xərclərini qarşılamaq və ya gündəlik ehtiyacları maliyyələşdirmək üçün kreditlər mühüm alət ola bilər. Lakin borclanma gəlir və ödəmə imkanları ilə balanslaşdırılmadıqda “izafi borclanma” riski yaranır.
Müasir maliyyə münasibətlərində kredit tarixçəsi hər bir şəxsin maliyyə reputasiyasını əks etdirən vacib göstəricilərdən biridir. Kredit götürmək, taksit kartından istifadə etmək, ipoteka və ya biznes krediti almaq istədikdə bankların diqqət yetirdiyi əsas meyarlardan biri məhz kredit tarixçəsidir. Bəs kredit tarixçəsi nədir, necə formalaşır və niyə bu qədər önəmlidir?
Akseptsiz tutulma bank əməliyyatlarında müəyyən hallarda tətbiq olunan hüquqi və praktiki mexanizmdir. Bu prosedurda müştərinin əlavə razılığı (aksepti) alınmadan, əvvəlcədən müəyyən edilmiş hüquqi əsaslara və müqavilə şərtlərinə uyğun olaraq bank hesabından vəsaitin tutulması mümkündür.