Exim Kartı

Rabitəbank ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olanları düşünərək, kredit limitli xüsusi kart təqdim edir! Kredit limiti məbləğinin təyin edilməsi həcmindən asılı olmayaraq ““Rabitəbank” ASC üzrə KOB və Korporativ Kreditlərin verilməsi qaydaları”na uyğun şəkildə həyata keçirilir. 

 

Exim kartının istifadə şərtləri

⇒ Exim kartı yalnız AZN valyutasında təqdim olunur

⇒ Exim kartı biznes təyinatlı istifadə üçün verilir və yalnız ölkəyə məhsul(lar) idxalı və ölkədən məhsul ixracı zamanı yarana biləcək gömrük, vergi və loqistika ödənişlərinin aparılmasına icazə verilir

⇒ Exim kartı ilə bank hesablarına köçürmə və kredit ödənişləri edilə bilməz.

 

 

Kredit limitli Exim kartının verilmə şərtləri

1

Hədəf auditoriyası

Azərbaycan Respublikasına   məhsul(lar)   idxal   edən,   sahibkarlıq

fəaliyyəti ilə məşğul olan və müsbət kredit tarixçəsinə malik olan rezident fiziki və hüquqi şəxslər.

2

Kreditin məbləği

1.000 – 100.000 AZN

3

Kredit limiti üzrə Müddət

24 aya kimi

(Kart 5 illik təqdim olunur)

4

İllik faiz dərəcəsi

Güzəşt müddəti ərzində 0% ilə.

Güzəşt müddəti bitdikdən sonra növbəti gündən başlayaraq 29% ilə.

 

5

 

Güzəşt müddəti

Maksimum 60 gün

(Plastik kart üzrə əməliyyat aparıldığı tarixdən başlayaraq

hər istifadə edilən məbləğə növbəti ikinci təqvim ayının 1-nə kimi faiz hesablanmır)

6

Geri ödəmə

1.      Faizlər aylıq.

2.      Əsas məbləğ müddətin sonuna kimi tam ödənilməklə.

7

Hesab Kəsim Tarixi

Hər növbəti təqvim ayının ilk iş günü.

8

Ödənişin tarixi

Qrafik üzrə faiz borcu - hər təqvim ayının 1-dən 10-a kimi. Faiz hesablanmağa başlayan məbləğ(lər) faizin hesablandığı tarixdən növbəti 60 gün ərzində tam ödənilməlidir.

 

9

 

 

Gecikmiş əsas məbləğ

Faiz hesablanmağa başlayan məbləğ(lər) faizin hesablandığı tarixdən növbəti 60 gün ərzində tam ödənilməlidir. 

 

 

 

 

 

10

 

 

 

 

Digər şərt

1)      Qrafik üzrə aylıq faiz borcu ardıcıl olaraq 2 dəfə vaxtında ödənilmədikdə kart müvəqqəti bloklanır. Əsas və faiz borc tam ödənildikdən sonra kart avtomatik blokdan azad edilir.

2)      Faiz hesablanmağa başlayan məbləğ 61 gün ödənilmədikdə kart müvəqqəti bloklanır. Əsas və faiz borc tam ödənildikdən sonra kart avtomatik blokdan azad edilir.

 

 

 

Nağd pul krediti 12%-dən

  • Müddət (ay) 3
  • Kredit məbləği 0
  • Faiz dərəcəsi (illik) 12
  • Ümumi məbləğ

    AZN

  • Faiz məbləği

    AZN

  • Aylıq ödəniş

    AZN

  • Sifariş et →

Sizin üçün ən yaxşı təkliflər

  • Rabita Mobile

    Rabita Mobile ilə banka getməyə ehtiyac yoxdur, bankınız hər zaman yanınızdadır!

    Daha ətraflı
    Rabita Mobile
  • RabitaBot

    Azərbaycanın ilk maliyyə çatbotu!

    Daha ətraflı
    RabitaBot
  • İnternet Bankçılıq

    Hesablarınızı idarə etmək rahatdır!

    Daha ətraflı
    İnternet Bankçılıq

Dostlarınızla paylaşın