Kart növü

Rabitəbank ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olanları düşünərək, kredit limitli xüsusi kart təqdim edir! Kredit limiti məbləğinin təyin edilməsi həcmindən asılı olmayaraq ““Rabitəbank” ASC üzrə KOB və Korporativ Kreditlərin verilməsi qaydaları”na uyğun şəkildə həyata keçirilir. 

Kartın istifadə şərtləri
  • Exim kartı yalnız AZN valyutasında təqdim olunur;
  • Exim kartı biznes təyinatlı istifadə üçün verilir və yalnız ölkəyə məhsul(lar) idxalı və ölkədən məhsul ixracı zamanı yarana biləcək gömrük, vergi və loqistika ödənişlərinin aparılmasına icazə verilir;
  • Exim kartı ilə bank hesablarına köçürmə və kredit ödənişləri edilə bilməz.
Kartın hədəf auditoriyası

Azərbaycan Respublikasına   məhsul(lar)   idxal   edən,   sahibkarlıq fəaliyyəti ilə məşğul olan və müsbət kredit tarixçəsinə malik olan rezident fiziki və hüquqi şəxslər.

Kredit limitli Exim kartın verilmə şərtləri
  • Kreditin məbləği: 1.000 – 100.000 AZN
  • Kredit limiti üzrə müddət: 24 aya kimi (Kart 5 illik təqdim olunur)
  • İllik faiz dərəcəsi: Güzəşt müddəti ərzində 0% ilə. Güzəşt müddəti bitdikdən sonra növbəti gündən başlayaraq 29% ilə
  • Güzəşt müddəti: Maksimum 60 gün(Plastik kart üzrə əməliyyat aparıldığı tarixdən başlayaraq hər istifadə edilən məbləğə növbəti ikinci təqvim ayının 1-nə kimi faiz hesablanmır)
  • Geri ödəmə: Faizlər aylıq. Əsas məbləğ müddətin sonuna kimi tam ödənilməklə
  • Hesab kəsim tarixi: Hər növbəti təqvim ayının ilk iş günü
  • Ödənişin tarixi: Qrafik üzrə faiz borcu - hər təqvim ayının 1-dən 10-a kimi. Faiz hesablanmağa başlayan məbləğ(lər) faizin hesablandığı tarixdən növbəti 60 gün ərzində tam ödənilməlidir
  • Gecikmiş əsas məbləğ: Faiz hesablanmağa başlayan məbləğ(lər) faizin hesablandığı tarixdən növbəti 60 gün ərzində tam ödənilməlidir.