Əməliyyatı seçin
Rabitəbank beynəlxalq bankçılıq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addım ataraq dünyanın aparıcı maliyyə institutlarından biri olan Bank of New York Mellon (BNY) ilə əməkdaşlığını daha da inkişaf etdirib. Bu çərçivədə bank BNY-də İngilis funt sterlinqi (GBP) valyutasında müxbir hesab açıb.
Rabitəbank müştərilərinə daha əlçatan və sərfəli maliyyə həlləri təqdim etmək məqsədilə ilk dəfə bankdan nağd pul krediti rəsmiləşdirən şəxslər üçün yeni kampaniyaya başlayıb.
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi çərçivəsində “Rabitəbank” ASC tərəfindən şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil olunub.
Milli Mətbuat Günü münasibətilə Rabitəbank media nümayəndələri üçün xüsusi görüş təşkil edib. Tədbirin məqsədi media nümayəndələri ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, Bankın strateji inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi və gələcək hədəfləri barədə məlumat vermək olub.
Bankın İdarə Heyətinin qərarı ilə Ağaşirin Əsgərli Kreditlərin anderraytinqi departamentinin “Mikro kreditlərin anderraytinqi” şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Rabitəbank ASC-də növbəti kadr təyinatı həyata keçirilib. Bankın İdarə Heyətinin qərarı ilə Nihad Qurbanzadə Risklərin idarəedilməsi departamentinin “Kredit və bazar risklərinin idarə olunması” şöbəsinin rəisi vəzifəsinə təyin edilib.