Xəbərlər

1 Avqust, 2026 Rabitəbank müştəriləri üçün kartdan-karta köçürmələrdə dəyişiklik

Rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində tətbiq edilən yeni tələblərə uyğun olaraq, 1 avqust 2026-cı il tarixindən etibarən kart əməliyyatlarının həyata keçirilməsi qaydalarında müəyyən dəyişikliklər qüvvəyə minib. Rabitəbank olaraq müvafiq tələblərə uyğun mobil tətbiq üzərindən kartdan-karta (C2C) köçürmələr üçün yeni funksionallıq təqdim edirik.

31 İyul, 2026 Rabitəbank Bank of New York Mellon-da İngilis funt sterlinqi üzrə müxbir hesab açıb

Rabitəbank beynəlxalq bankçılıq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addım ataraq dünyanın aparıcı maliyyə institutlarından biri olan Bank of New York Mellon (BNY) ilə əməkdaşlığını daha da inkişaf etdirib. Bu çərçivədə bank BNY-də İngilis funt sterlinqi (GBP) valyutasında müxbir hesab açıb.

31 İyul, 2026 İlk dəfə Rabitəbankdan nağd pul krediti götürən müştərilər üçün sərfəli fürsət!

Rabitəbank müştərilərinə daha əlçatan və sərfəli maliyyə həlləri təqdim etmək məqsədilə ilk dəfə bankdan nağd pul krediti rəsmiləşdirən şəxslər üçün yeni kampaniyaya başlayıb.

27 İyul, 2026 Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi çərçivəsində “Rabitəbank” ASC tərəfindən şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil olunub.

21 İyul, 2026 Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

Milli Mətbuat Günü münasibətilə Rabitəbank media nümayəndələri üçün xüsusi görüş təşkil edib. Tədbirin məqsədi media nümayəndələri ilə uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, Bankın strateji inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi və gələcək hədəfləri barədə məlumat vermək olub.

10 İyul, 2026 “Mikro kreditlərin anderraytinqi” şöbəsinə yeni rəhbər təyin olunub

Bankın İdarə Heyətinin qərarı ilə Ağaşirin Əsgərli Kreditlərin anderraytinqi departamentinin “Mikro kreditlərin anderraytinqi” şöbəsinin rəisi vəzifəsinə təyin olunub.