Xəbərlər

10 Aprel, 2026 Rabitəbank və Mingəçevir Dövlət Universiteti arasinda əməkdaşliq memorandumu imzalanib

“Rabitəbank” ASC və Mingəçevir Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov və universitetin rektoru Anar Eminov tərəfindən imzalanıb.

9 Aprel, 2026 Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Rabitəbank” ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə “Rabitəbank” ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

2 Aprel, 2026 4 NOMİNASİYA ÜZRƏ “BANKÇILIQ MÜKAFATLARI – 2025” TƏDBİRİNİN QALİBİ OLDUQ

Rabitəbank olaraq Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Bankçılıq Mükafatları – 2025” tədbiri çərçivəsində 4 nominasiyada mükafata layiq görüldük.

18 Mart, 2026 Rabitəbank olaraq Ramazan və Novruz bayramı ərəfəsində şəhid ailələrini ziyarət etdik

Rabitəbank olaraq korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarına dəstəyimizi davam etdiririk. Müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində 100 şəhid ailəsini ziyarət etdik.

18 Mart, 2026 “Qlobal Pul Həftəsi 2026” çərçivəsində tələbələr üçün maarifləndirici təşəbbüslə çixiş etdik

Rabitəbank ölkədə maliyyə savadlılığının inkişafına yönəlmiş fəaliyyətini davam etdirərək, 16–22 mart tarixlərində keçirilən “Qlobal Pul Həftəsi 2026” (Global Money Week) çərçivəsində növbəti maarifləndirici layihəsini reallaşdırıb.

9 Fevral, 2026 Kartmane kartları və Ödəmə terminalları ilə bağlı dəyişiklik

01.03.2026 tarixindən "Kartmane kartları" və "Ödəmə terminalları" üzrə aşağıdakı cədvəllərə uyğun dəyişiklik olunacaq.